Arturdan bəyanat

Braziliyalı cinah hücumçusu Artur Gimarayns Sankt-Peterburq “Zenit”indən “Botafoqo”ya keçdikdən sonra duyğusal bəyanatla çıxış edib.

Sports.az Arturun müvafiq çıxışını təqdim edir:

“Əbədi olaraq ürəyimdə daşıyacağım bir dövr. Üç qənimət, mühüm qollar, karyeramı peşəkar və bir insan kimi təcəssüm etdirmiş anlar. Mən, bu klubun bir hissəsi olan hər kəsə çox minnətdaram. Yoldaşlar, komitə, rəhbərlik. Biz, çox səy göstərməklə və müəyyən nəticələr əldə etməklə çox yaxşı bir iş görmüşük. Mən, həmişə mümkün olan hər şeyi etdiyimə inamla ayrılıb-gedirəm. Gələcəkdə uğurlar, “Zenit”. Dəstəyim həmişə sizinlə olacaq. Təşəkkür edirəm!”, – futbolçu özünün sosial şəbəkə hesabları üzərindən paylaşıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar