Daşlayıb xəstəxanalıq etdilər


İran çempionatının 17-ci turunda keçirilən "Persepolis" - "Traktor" matçında kütləvi iğtişaş olub.
Sports.az xəbər verir ki, oyun zamanı tribunalarda azarkeşlər arasında dava düşüb. Nəticədə 3-ü qadın olmaqla, 32 nəfər yaralanıb.
Daşla xəsarət almış 3 kişi azarkeş isə xəstəxanaya aparılıb.
Qeyd edək ki, çempionatın lideri olan Təbriz təmsilçisi səfərdə 0:2 hesabı ilə uduzub. 
"Persepolis"i türkiyəli İsmail Kartal çalışdırır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar