Abubakar üsyan etdi
“10 nəfərlə mübarizə apardıq, bu mövzulardan danışmaqdan bezdim”.
Sports.az xəbər verir ki, bu sözləri “Hatayspor”un hücumçusuçusu Vensan Abubakar “Kasımpaşa” ilə keçirilən matçdan sonra deyib.
Nigeriyalı forvard türkiyəli hakimlərlə bağlı sərt açıqlama verib:
“Türk futbolunda hakimlər çox acınacaqlı qərarlar verirlər. Bu da komandanın taleyi ilə oynamaq deməkdir.
Matçın əvvəlində qırmızı vərəqə verilməsi dəhşətli bir vəziyyətdir. Bilmirəm burada səlahiyyətli qurum Türkiyə Futbol Federasiyasıdır, ya yox, amma bu problemə tezliklə bir çarə tapılmalıdır.
Mübarizəni davam etdirəcəyik, heç vaxt təslim olmayacağıq. Liqada qalmağı planlaşdırırıq, amma problem yenə də hakimlərdədir. Bunun təxribat olduğunu düşünürəm”.
Türkiyə Super Liqasının 21-ci turunda “Kasımpaşa” – “Hatayspor” matçı meydan sahiblərinin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.