Dünya futbolu
"Barselona"ya keçidi düyünə düşdü
30.01.2025 | 11:45
Məlum olduğu kimi, “Mançester Yunayted”in ingiltərəli hücumçusu Markus Raşford “qırmızı şeytanlar”ın portuqal çalışdırıcısı Ruben Amorimin planlarınıa daxil deyil.
Sports.az xəbər verir ki, hücumçunun xidmətində maraqlı olan “Barselona” icarə müqaviləsini gerçəkləşdirməkdə maddi çətinliklərlə üzləşib.
Bu mənzərədə Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Əhli” Raşfordu ələ keçirmək niyyətindədir. Ərəb klubunun həm klub və həm də futbolçu üçün sərfəli təklif hazırladığı vurğulanır.