PSJ Xavini satdı

"Leypsiq" Niderland millisinin futbolçusu Xavi Simonsu transfer edib. 

Sports.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Almaniya klubu 21 yaşlı yarımmüdafiəçi üçün PSJ-yə 50 milyon avro ödəyib. “Leypsiq”in bonuslarla daha 31 milyon avro ödəməsi də nəzərdə tutulub. Futbolçu ilə 2027-ci ilin iyun ayına qədər müqavilə imzalanıb. 

Simons daha öncə 2023-ci ildən bu ilin 29 yanvarına qədər "Leypsiq"də icarə əsasında çıxış edirdi. O, bu mövsüm Almaniya klubunun heyətində 17 oyuna çıxaraq 5 qol vurub və 4 assist edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar