Habib Liqa 1 klubunda

Fransanın "Renn" klubu baş məşqçisi Xorxe Sampaoli ilə yolları ayırıb.

Sports.az xəbər verir ki, Liqa 1 təmsilçisi 64 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib. 

Onu bu vəzifədə Habib Beye əvəz edib. Seneqallı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Xorxe Sampaoli 2024-cü ilin noyabrında "Renn"in baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi ilə 10 oyun keçirən komanda 3 qələbə qazanıb və beşi ardıcıl olmaqla 7 oyunda uduzub. "Renn" hazırda Liqa 1-də 19 oyundan 17 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar