Dünya futbolu
“Barselona” onu Səudiyyə Ərəbistanı klubuna satdı
31.01.2025 | 13:45
"Barselona"nın yarımmüdafiəçisi Unai Ernandes karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Sports.az xəbər verir ki, o, "Əl-İttihad" klubuna keçib.
Ciddə klubu 20 yaşlı futbolçunun transferini sosial şəbəkə hesabı vasitəsilə rəsmən açıqlayıb.
Tanınmış insayder Fabrizio Romano keçid əməliyyatının dəyərinin 4,5 milyon avro təşkil etdiyini bildirib. Bundan əlavə, "Barselona" öz oyunçusunun gələcək satışından müəyyən faiz alacaq.
Unai Ernandes Kataloniya təmsilçisinin əsas komandasında debüt etməyə imkan tapmayıb. Yarımmüdafiəçi İspaniya nəhənginin əvəzedici komandasında çıxış edib. O, bu mövsüm İspaniya üçüncü liqasında 20 matçda 9 qol vurub və 3 məhsuldar ötürmə edib.