Zamiq oynadı, “Eqnatiya” qalib gəldi

Albaniya çempionatında növbəti turun oyunları keçirilir. 

Sports.az xəbər verir ki, milli komandamızın müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" bu gün növbəti matçına çıxıb. 

Rroqojine şəhərini təmsil edən klub "Bülis"lə qarşılaşıb. Görüş müydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.

Zamiq Əliyev 87-ci dəqiqədə meydana çıxıb. 

"Eqnatiya" 42 xalla Albaniya çempionatının lideridi.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar