Dünya futbolu
“İnter”dən La Liqa klubuna
02.02.2025 | 09:30
"Vilyarreal" İtaliyanın "İnter" klubunun futbolçusu Teycon Byukeneni icarəyə götürüb.
Sports.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Kanadalı vinger cari mövsümün sonuna qədər "Vilyarreal"da çıxış edəcək.
Byukene "İnter"ə Belçikanın "Brügge" komandasından keçib. O, Milan təmsilçisində 17 oyuna 1 qol vurub.