Dünya futbolu
Raşford Premyer Liqa klubu ilə razılığa gəldi
02.02.2025 | 10:30
"Mançester Yunayted"in futbolçusu Markus Raşfordun yeni klubu bəlli olub.
Sports.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
İngilis hücumçu "Aston Villa"ya keçməyə hazırlaşır. O, yeni komandasında icarə əsasında çıxış edəcək. Tərəflər transferin yaxın zamanda gerçəkləşməsi üçün hər şey edirlər.
Daha öncə mətbuatda Raşfordla "Mançester Yunayted"in baş məşqçisi Ruben Amorimin arasında gərginlik olduğu ilə bağlı xəbərlər yayılmışdı. Bu üzdən də o, qış fasiləsində klubu tərk etməkdə maraqlıdır.