Dünya futbolu
“Tottenhem” Dansonu transfer edir
02.02.2025 | 14:30
"Tottenhem" müdafiə xəttindəki zədələr səbəbindən "Lans" klubunun mərkəz müdafiəçisi Kevin Dansonu heyətinə qatmağa hazırlaşır.
Sports.az xəbər verir ki, klub bu transferi 25 milyon avro qarşılığında bitirməyə yaxındır.
26 yaşlı avstriyalı müdafiəçi əvvəllər "Auqsburq" və "Sauthempton"da çıxış edib, lakin "Lans"da 128 oyunda iştirak edərək diqqət çəkib.
Bu transfer "Tottenhem"in müdafiə xəttini gücləndirmək məqsədi daşıyır.