“Borussiya” “Çelsi”nin oyunçusuna göz dikib

Almaniyanın “Borussiya” (Dortmund) klubu Karni Çukvuemekanı icarəyə götürmək istəyir.

Sports.az xəbər verir ki, Bundesliqa nəhəngi "Çelsi"nin yarımmüdafiəçisi Karni Çukvuemekanı icarəyə götürmək üçün danışıqlar aparır.

Çukvuemeka zədələr və məhdud oyun vaxtı səbəbindən daha çox oynamaq istəyir. O, 2022-ci ildə "Aston Villa"dan "Çelsi"yə 20 milyon funt sterlinqə transfer olunub, lakin bu mövsüm az sayda oyunda iştirak edib.

“Borussiya” ilə yanaşı, "Yuventus", "Portu", "Everton" və "Vest Hem" də onunla maraqlanır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar