“Yuventus”un futbolçusu La Liqa klubunda

“Yuventus”un yarımmüdafiəçisi Artur Melo “Jirona”ya keçib.

Sports.az xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı futbolçu yeni klubunda icarə əsasında çıxış edəcək. Onun müqaviləsi 30 iyun 2025-ci il tarixinədək nəzərdə tutulub.

“Yuventus”da kifayət qədər oyun şansı qazanmayan 28 yaşlı futbolçu ötən mövsüm icarə əsasında “Fiorentina”da çıxış edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar