“Real”ın qol seriyası qırıldı

Madrid "Real"ının səfərdə ardıcıl 31 oyunluq qol seriyası başa çatıb.

Sports.az xəbər verir ki, İspaniya La Liqasının 22-ci turunda "Espanyol"a 0:1 hesabı ilə məğlub olan Madrid təmsilçisinin 31 oyun ardıcıl səfər meydanında qol vurmaq seriyası sonlanıb.

Bu, son 10 ildə ikinci ən uzun belə seriya olub. Daha əvvəl 2016-cı ilin yanvarından 2017-ci ilin oktyabrına qədər "Real" ardıcıl 35 səfər matçında ən azı bir qol vurub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar