Dünya futbolu
"Qalatasaray"dan transfer bombası
03.02.2025 | 01:43
"Qalatasaray" Alvaro Moratanı icarəyə götürüb.
Sports.az xəbər verir ki, "sarı-qırmızılar" İspaniya millisinin forvardı ilə 2026-cı il yanvarın 20-sinə kimi müqavilə bağlayıb.
Buna görə, futbolçunun məxsus olduğu "Milan"a 6 milyon auro müvəqqəti transfer məbləği veriləcək.
Futbolçuya isə 2024-2025 mövsümünün qalan hissəsinə görə 3 milyon auro, 2025-2026 mövsümünün ilk yarısı üçün 3 milyon auro zəmanətli ödəniş ediləcək.
Bundan əlavə "cimbom" gələn ilin yanvarının 15-nə kimi yazılı müraciət göndərsə, Moratanı hamıdan əvvəl "Milan"dan almaq hüququna malikdir.
"Qalatasaray" bu hüquqdan istifadə etməsə, növbəti mövsümün sonuna qədər Morataya daha 3 milyon ödəyib, icarə müqaviləsini növbəti mövsümün sonuna qədər uzada bilər.