“Nitsa” səfərdə xal itirdi
Fransa Liqa 1-də 20-ci tura yekun vurulub.
Sports.az xəbər verir ki, son gündə 5 oyun baş tutub.
“Tuluza” – “Nitsa” və “Anje” – “Havr” oyunlarında qalib müəyyənləşməyib. “Reyms” evdə “Nant”a uduzubsa, “Renn” “Strasburq”a qalib gəlib. Marsel və Lion “Olimpik”lərinin görüşündə isə meydan sahibləri qələbə qazanıblar.
Hazırda 50 xala malik PSJ vahid liderdir. Marsel “Olimpik”i 40, “Monako” 37, “Lill” 35, “Nitsa” 34, “Lans” 33, Lion “Olimpik”i 30 xal toplayıb.
Fransa Liqa 1
20-ci tur
31 yanvar
Monpelye – Lans 0:2
Qollar: Nzola, 1. Aqbonifo, 61.
1 fevral
Brest – PSJ 2:5
Qollar: Del Kastilyo, 50. Ayorke, 71 – Dembele, 29; 57; 62. Q.Ramos, 89; 90+7.
Monako – Oser 4:2
Qollar: Kehrer, 35. Bieret, 57; 63; 65 – Diomande, 38. J.Junior, 45+7-pen.
Lill – Sent Etyen 4:1
Qollar: C.David, 32-pen. Sahraui, 63; 78. Qudmundsson, 72 – Davitaşvili, 6-pen.
2 fevral
Tuluza – Nitsa 1:1
Qollar: Makkenzi, 85 – Laborde, 18-pen.
Anje – Havr 1:1
Qollar: Hanin, 90 – Ayyu, 73.
Reyms – Nant 1:2
Qollar: Kastelleto, 45+1 – Abline, 42. M.Məhəmməd, 70.
Renn – Strasburq 1:0
Qol: Blas, 89.
Olimpik (Marsel) – Olimpik (Lion) 3:2
Qollar: Qrinvud, 61. Rabyo, 64. L.Henrike, 85 – Tolisso, 53. Lakazette, 72-pen.