Dünya futbolu
Kislyakın “Beşiktaş” arzusu gözündə qaldı

10.09.2025 | 09:00
Məlum olduğu kimi, Moskva ÇSKA-nın 20 yaşlı rusiyalı mərkəz yarımmüdafiəçisi Matvey Kislyak “Beşiktaş”ın maraq dairəsindədir.
Sports.az xəbər verir ki, “Qara qartal”ın rusiyalı futbolçuya görə 10 milyon avro məbləğində təklifini “ordu klubu” rədd edib.
ÇSKA rəhbərliyi yarımmüdafiəçisini 30 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, Kislyak özü də “Beşiktaş”a keçməyə can atırdı, göründüyü kimi, rusiyalı futbolçunun arzusu baş tutmayıb.
Son xəbərlər





























