Dünya futbolu
Zambrotta “Yuventus” – “İnter” oyunundan gözləntisini açıqladı

10.09.2025 | 15:00
İtaliya yığmasının keçmiş müdafiəçisi Canluka Zambrotta İtaliya A Seriyasının 3-cü turu çərçivəsiində baş tutacaq “Yuventus” – “İnter” oyunundan gözləntisini açıqlayıb.
Sports.az Zambrottanın müvafiq açıqlamasını təqdim edir:
“Əvvəl-axır, bu, İtaliya derbisidir, inaılmaz ab-hava olacaq, oyun isə həmişə olduğu kimi gərgin keçəcək, hətta üçüncü tur olsa belə. “İnter” “Udineze”yə məğlubiyyətiindən (1:2) sonra bəraət qazanmağa çalışacaq”, deyə Zambrotta vurğulayıb.
Xatırladaq ki. tərəflər arasında oyun sentyabrın 13-də baş tutacaq.
Son xəbərlər