Dünya futbolu
Halanddan XXI əsrin rekordu

10.09.2025 | 12:20
Norveç millisinin futbolçusu Erlinq Haland XXI əsrin rekorduna imza atıb.
Sports.az xəbər verir ki, 25 yaşlı hücumçu buna Moldovaya qalib gəldikləri (11:1) DÇ-2026-nın seçmə mərhələsinin oyununda beş qol vurmaqla nail olub.
Penta-trik edən forvard adını tarixə yazdırıb. Holann cari əsrdə dünya çempionatlarının seçmə mərhələsində bir qarşılaşmada beş qol vuran ilk oyunçudur.
Bu həm də 1977-ci ildən sonra belə görüşlərdə ilk penta-trikdir. Həmin vaxt Hans Krankl Malta ilə matçda rəqib qapısına beş dəfə yol tapıb.
Norveç millisi DÇ-2026-nın seçmə mərhələsində I qrupunda 15 xalla liderdir.
Son xəbərlər