Dünya futbolu
Ronaldo rekordu təkrarladı

10.09.2025 | 13:20
Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo dünya çempionatının seçmə mərhələlərində vurduğu qolların sayına görə rekordu təkrarlayıb.
Sports.az xəbər verir ki, bu, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Macarstan üzrəində 3:2 hesablı qələbədən sonra reallaşıb.
40 yaşlı futbolçu sözügedən matçın 58-ci dəqiqəsində penaltidən fərqlənərək mundialın seçmə mərhələsində vurduğu qolların sayını 39-a çatdırıb. Bu göstəricidə o, eyni sayda qol vuran Qvatemalanın futbolçusu Karlos Ruisə çatıb.
Ən çox qol vuranların siyahısında ilk "üçlüy"ü 36 qolla Argentina yığmasının üzvü Lionel Messi qapayır.
Son xəbərlər