Dünya futbolu
Mbappe Anrini keçdi

10.09.2025 | 14:20
Fransalı hücumçu Kilian Mbappe millinin heyətində vurduğu qolların sayına görə Tyerri Anrini keçib.
Sports.az xəbər verir ki, bu, DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya qarşı oyunda (2:1) reallaşıb.
Mbappe matçın 45-ci dəqiqəsində fərqlənərək yığmanın heyətində 52-ci qoluna imza atıb. İspaniyanın "Real" klubunun hücumçusu bu göstəricidə Fransa millisinin sabiq futbolçusu Tyerri Anrini (51) geridə qoyaraq 2-ci yerə yüksəlib.
Hazırda Fransa millisində ən çox qol vuran futbolçu Olivye Jirudur. "Lill" klubunun formasını geyinən 38 yaşlı ön xətt oyunçusunun hesabında 57 qol var.
Mbappe yığmanın heyətində 2017-ci ilin martında 18 yaşında debüt edib. O, millidə keçirdiyi 92 matçda 38 məhsuldar ötürmə müəllifi də olub.
Son xəbərlər