Dünya futbolu
Raul Madridə “Real”ın baş məşqçisi kimi qayıdacağına söz verdi

10.09.2025 | 21:30
“Real”ın əfsanəsi, keçmiş futbolçusu, “qaymaqlılar”ın gənclərdən ibarət komandasının keçmiş baş məşqçisi, 48 yaşlı ispan mütəxəssis Raul Qonsales gələcəkdə Madrid klubuna qayıtmağa hazır olduğunu bəyan edib.
Sports.az Raulun müvafiq açıqlamasını təqdim edir:
“Mən olmaq istədiyim yerdə – klubda olmuşam və bilirəm ki, zamanı gələndə, başqa bir vaxt ora qayıdacağam”, deyə Raul vurğulayıb.
Xatırladaq ki, hazırda işsiz olan mütəxəssis “Real”ın gənclərdən ibarət komandasından könüllu surətdə ayrılıb. Raul “Real”ın əsas komandasının sükanının ona deyil, 43 yaşlı ispan mütəxəssis Xabi Alonsoya etibar edilməsini özünə münasibətdə etimadsızlıq olaraq dəyərləndirdiyi üçün müvafiq addımı atıb.
Son xəbərlər