Dünya futbolu
“Atletiko” “Tottenhem”in yarımmüdafiəçisi ilə maraqlanır

12.09.2025 | 16:00
Madrid “Atletiko”su “Tottenhem”in 28 yaşlı uruqvaylı dayaq yarımmüdafiəçisi Rodriqo Bentankur ilə maraqlanır.
Sports.az xəbər verir ki, “döşəkçilər” gələn ilin yayında uruqvaylı “dayaqçı”nı azad agent qismində əldə etmək istəyirlər.
Belə ki, Bentankurun “mahmızlar”la müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonunda başa çatacaq.
Son xəbərlər