Dünya futbolu
De Yonq La Liqa matçını buraxacaq

11.09.2025 | 13:45
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq La Liqanın qarşıdakı turunda “Valensiya”ya qarşı matçı buraxacaq.
Sports.az xəbər verir ki, niderlandlı futbolçu yalnız sentyabrın 18-də keçiriləcək UEFA Çempionlar Liqasının ilk turunda “Nyukasl”la oyunda komandasına kömək edə biləcək.
De Yonq Niderland yığmasının düşərgəsində zədələnib. O, cari mövsümdə La Liqada 2 oyun keçirib.
Son xəbərlər