Dünya futbolu
2027-ci ildə ÇL-in finalı Madriddə oynanılacaq

11.09.2025 | 23:00
Futbol üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün final oyunu İspaniyanın "Atletiko" komandasının stadionu "Metropolitano"da keçiriləcək.
Sports.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
"Metropolitano" stadionu ikinci dəfə Çempionlar Liqasının finalına ev sahibliyi edəcək.
Qərar UEFA İcraiyyə Komitəsinin Tiranada keçirilən iclasında qəbul edilib. İclasda həmçinin 2026-cı ildə UEFA Superkubokunun Zalsburqda keçirilməsinə qərar verilib.
Qadınlar arasında Çempionlar Liqasının 2027-ci il finalı Varşavadakı Milli Stadionunda keçiriləcək.
2027-ci ildə 19 yaşadək futbolçular arasında futzal üzrə Avropa çempionatı Astanada baş tutacaq.
Son xəbərlər