Dünya futbolu
Onana rəsmən “Trabzonspor”da

12.09.2025 | 12:15
“Mançester Yunayted”in qapıçısı Andre Onananın “Trabzonspor”a keçidi rəsmiləşib.
Sports.az xəbər verir ki, kamerunlu qolkiper Türkiyə klubunda icarə əsasında çıxış edəcək.
Sözləşmənin müddəti bir illikdir.
Onananın “Mançester Yunayted”lə müqaviləsi 2028-ci ilin yayına kimidir.
29 yaşlı qolkiper İngiltərə klubundan əvvəl “Ayaks” və “İnter”in də formasını geyib.
Son xəbərlər