Dünya futbolu
“Arsenal”ın iki futbolçusu zədədən bərpa olub sıraya qayıtdı

12.09.2025 | 16:45
“Arsenal”ın iki futbolçusu zədəsini sağaldaraq, “topçular”la ümumi komanda məşqlərinə qatılıb.
Sports.az xəbər verir ki, söhbət müdafiəçi Ben Uayt və yarımmüdafiəçi Kristian Norqordan gedir.
Xatırladaq ki, “Arsenal”ın düşərgəsində həmçinin Bukayo Saka və Vilyam Saliba nisbətən yüngül, Qabriel Jezus və Kay Haverts isə ağır zədəlidirlər. Jezus və Havertsin yaxın bir neçə ayda qayıdışının mümkün olmadığı vurğulanır.
Son xəbərlər