Dünya futbolu
Erik Qarsiya “Barselona”nın cari mövsümə hədəfini açıqladı

13.09.2025 | 18:00
“Barselona”nın 24 yaşlı ispan mərkəz müdafiəçisi Erik Qarsiya Kataloniya klubunun cari mövsümə hədəfini açıqlayıb.
Sports.az ispan futbolçunun müvafiq açıqlamasını təqdim edir:
“Cari mövsümdə bizim məqsədimiz – bütün qənimətləri qazanmaqdır. Elə, ötən il olduğu kimi, Çempionlar Liqasında qalibiyyət uğrunda mübarizə aparmaq istəyirik. Amma indi rəqiblərimiz bizi daha yaxşı tanıyırlar, necə oynadığımıza bələddirlər, düşünürəm ki, bu, bizim üçün yeni bir çağırış olacaq”, deyə Qarsiya vurğulayıb.
Son xəbərlər