Dünya futbolu
Konatenin “Liverpul”dakı gələcəyi sual altındadır

13.09.2025 | 12:00
“Liverpul”un 26 yaşlı fransalı mərkəz müdafiəçisi İbraima Konatenin “qırmızılar”ın düşərgəsindəki gələcəyi sual altına düşüb.
Sports.az xəbər verir ki, fransalı futbolçu klubla 2026-cı ilin iyun ayının sonunda başa çatacaq müqaviləsinin müddətini yeniləmək niyyətində deyil.
Bildirilir ki, Konate “Real”ın onunla bağlı niyyətindən xəbərdardır və İspaniya nəhənginə qoşulmaq fikrindədir.
Xatırladaq ki, “Real” fransalı futbolçunu növbəti ilin yayında azad agent qismində əldə etmək istəyir.
Son xəbərlər