Dünya futbolu
Harri Keyn Maykl Ouenin tənqidini cavabladı

13.09.2025 | 13:00
“Bayern”in ingilis hücumçusu Harri Keyn İngiltərə yığmasının keçmiş hücumçusu Maykl Ouenin tənqidini cavablayıb.
Sports.az xatırladır ki, bir müddət əvvəl Ouen, Keyni tənqid edərək, onun “Tottenhem”dən “Bayern”ə keçidini hələ də anlamadığını bildirmiş və bunu, öz baxış bucağından əsaslandırmışdı.
“Hər kəsin öz fikrinə haqqı var. Mən onunla azacıq ünsiyyət etmişəm, amma onu yaxından tanımıram. Əlbəttə, o İngiltərə Premyer Liqasının əfsanəsidir, ona bir insan kimi hörmət bəsləyirəm. Amma onun da başa düşdüyü kimi, hər bir futbolçunun öz yolu, öz qərarları və ilham mənbəyi var”.
Son xəbərlər