Dünya futbolu
Həkim zədəli Lukakunun vəziyyəti haqda məlumat verdi

12.09.2025 | 17:40
“Napoli”nin tibb qərargahının rəhbəri Raffaele Kanoniko “eşşəkciklər”in zədəli belçikalı hücumçusu Romelu Lukakunun vəziyyəti haqda məlumat verib.
Sports.az xəbər verir ki, həkim futbolçunun müalicəsinin təqvim üzrə gözlənildiyi kimi getdiyini bildiirb.
Lukakunun Belçikada müalicə aldığı və cari ilin dekabr ayından tez sıraya dönməyəcəyi bildirilir.
Xatırladaq ki, Lukaku avqust ayında Pirey “Olimpiakos”u ilə yoldaşlıq oyununda ombasının düz əzələsini zədələyib. Futbolçu həmçinin vətərləri ilə bağlı fəsad yaşayır.
Son xəbərlər