Dünya futbolu
Tanınmış futbolçu Meksika klubuna keçdi

13.09.2025 | 13:40
Fransalı hücumçu Antoni Marsial karyerasını Meksika çempionatında davam etdirəcək.
Sports.az xəbər verir ki, “Monako” və “Mançester Yunayted”də çıxış etmiş forvard “Monterrey” klubunun futbolçusu olub.
O, burada “Real” və PSJ-nin sabiq müdafiəçisi Serxio Ramosla birgə oynayacaq.
“Transfermarkt”-ın məlumatına görə, meksikalılar Marsial üçün Yunanıstanın AEK klubuna 3,8 milyon avro ödəyib. Futbolçu “Monterrey”lə iki illik müqavilə imzalayıb. Sözləşmədə müddətin əlavə bir mövsüm uzadılma imkanı da nəzərdə tutulub.
28 yaşlı forvard ötən mövsüm Yunanıstan çempionatında 19 oyunda iştirak edib və 7 qol vurub.
Son xəbərlər