Dünya futbolu
David Rayya 100-ə çatdı

13.09.2025 | 20:15
“Arsenal”ın ispan qapıçısı David Rayya “topçular”ın heyətində 100-cü oyununa çıxıb.
Sports.az xəbər verir ki, ispan qapıçı üçün əlamətdar hadisə İngiltərə Premyer Liqasının “Nottingem Forest”lə 4-cü tur ev oyununa (3:0) təsadüf edib.
Ümumilkdə Rayya “Arsenal” üçün 100 oyunda 82 qol buraxıb, 42 oyunda qapısının toxunulmazlığını təmin edib.
Son xəbərlər