Dünya futbolu
“Fransa futbolunda Zidanın haqqı hər şeyə çatır” - Mbappe

13.09.2025 | 23:20
“Real”ın fransalı ulduzu Kilian Mbappe fransalı mütəxəssis Zinəddin Zidanın yaxın gələcəkdə “xoruzlar”ın baş məşqçisi vəzifəsinə keçəcəyi ilə bağlı məlumatı şərh edib.
Sports.az Mbappenin müvafiq açıqlamasını təqdim edir:
“Zidanla heç nəyi mürəkkəbləşdirmək gərək deyil. Bu, Zidandır. Ona kimsə imtina edə bilməz. Yalnız o özü imtina edə bilər. Əgər məşqçimiz o olarsa – gözəl! Başqa birisi olarsa – bu da yaxşıdır. Amma Zidan fransız futbolunda demək olar ki hər şeyə haqqı çatan yeganə şəxsdir”, deyə Mbappe vurğulayıb.
Son xəbərlər