Dünya futbolu
Subimendi “siftə”sini şərh etdi

13.09.2025 | 23:50
Məlum olduğu kimi, “Arsenal”ın yeni transferi, ispaniyalı dayaq yarımmüdafiəçisi Martin Subimendi “topçular”ın heyətində qol hesabını açıb.
Sports.az xatırladır ki, əlamətdar hadisə İngiltərə Premyer Liqasının “Nottingem Forest”lə 4-cü tur ev oyununa (3:0) təsadüf edib.
Subimendi “Arsenal” üçün keçirdiyi 4-cü oyunda 2 qolla fərqlənib və müvafiq uğurunu şərh edib:
“Mən daha da çoxlu qol vurmaq üçün səylə çalışıram, ona görə də mən bu gün elə xoşbəxtəm ki…”, deyə ispan futbolçu duyğusalcasına vurğulayıb.
Son xəbərlər