Dünya futbolu
Amorim Kazemironun pərişan olduğunu açıqladı

22.09.2025 | 14:15
Məlum olduğu kimi, “Mançester Yunayted” İngiltərə Premyer Liqasında “Çelsi” üzərində 2:1 hesablı qələbə qazanıb və bu oyunda “qırmızı şeytanlar”ın braziliyalı dayaq yarımmüdafiəçisi Kazemiro qırmızı vərəqə alaraq meydandan qovulub.
Sports.az xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi, portulqal mütəxəssis Ruben Amorim braziliyalı futbolçunun buna görə pərişan olduğunu açıqlayıb:
İndi onun halı məndən də pisdir. Biz qələbə qazandıq, mən azacıq untuqanlığıa dalacağam. O isə pərişan olacaq, çünki, peşəkardır”, deyə Amorim vurğulayıb.
Son xəbərlər