Dünya futbolu
“Roma” “şeytanın qıçını sındırdı”

22.09.2025 | 19:30
Məlum olduğu kimi, “Roma” İtaliya A Seriyasının 4-cü turunda Roma derbisində “Latsio”unu səfərdə 1:0 hesabı ilə məğlub edib.
Sports.az xəbər verir ki, qələbə sayəsində “canavarlar” 2016-cı ildən bəri “qartallar”la səfər oyunlarında yaşadıqları uğursuz silsiləyə xitam veriblər.
Xatırladaq ki, buna qədər “Roma” “Latsio”nu səfərdə 2016-cı ildə 2:0 hesabı ilə məğlub etmişdi.
Son xəbərlər