“Qızıl top” mükafatının qalibi bəlli oldu

PSJ klubunun futbolçusu Usman Dembele "Qızıl top" mükafatına layiq görülüb.
Sports.az xəbər verir ki ki, mükafatı ona braziliyalı ulduz Ronaldinyo təqdim edib.
Bir il əvvəl baş məşqçi Luis Enrike ilə fikir ayrılığına görə heyətə daxil edilməyən futbolçu bu il ilin ən yaxşı oyunçusu seçilib.
2024/25 mövsümündə Dembele 60 matçda 37 qol vurub və 16 məhsuldar ötürmə edib.
“Qızıl top”un təltifetmə mərasimində ilin ən yaxşı klubu da müəyyənləşib. Mükafatın qalibi Fransanın PSJ klubu olub.
Paris təmsilçisi ötən mövsüm Çempionlar Liqası, Fransa çempionluğu, kuboku və superkubokunu qazanıb.
PSJ-nin baş məşqçisi Luis Enrike Yohan Kroyf mükafatının qalibi olub. Sözügedən mükafat ilin ən yaxşı məşqçisinə təqdim olunur. Enrike Parisin “Şatle” teatrında keçirilən ilin ən yaxşılarının mükafatlandırma mərasimində qalib elan edilib.
Luis Enrike 2023-cü ilin yayından PSJ-ni çalışdırır. Fransa təmsilçisi ötən mövsüm Çempionlar Liqası, Fransa çempionluğu, kubokunu və superkuboku qazanıb.
İngiltərə millisini çalışdıran Sarina Viqman isə qadın futbolunun ən yaxşı məşqçisi seçilib.
Mərasimdə “Lev Yaşin” mükafatı da öz sahibini tapıb. İtaliya millisinin və "Mançester Siti"nin qapıçısı Canluici Donnarumma mükafatın qalibi olub.
2025-ci ilin ən yaxşı gənc futbolçusunun da açıqlanıb. Bu ada İspaniya millisinin və "Barselona"nın üzvü Lamin Yamal layiq görülüb. Bu münasibətlə ona Kopa Kuboku verilib. 18 yaşlı futbolçu ötən il də bu titula sahib çıxmışdı.