Dünya futbolu
“Barselona” Raşfordla bağlı qərar verməyə tələsməyəcək

25.09.2025 | 18:00
“Barselona” rəhbərliyi cari mövsümün sonuna qədər müddətə “Mançester Yunayted”dən icarəyə götürdüyü ingiltərəli sol cinah hücumçusu Markus Raşfordu tamhüquqlu əsasda satın almaqla bağlı qərarında tələsməyəcək.
Sports.az xəbər verir ki, hazırda “Barselona” Raşfordun oyun səviyyəsindən razıdır.
Bununla belə, Kataloniya klubu futbolçunun mövsüm boyu çıxışını gələn yay təhlil edərək, düzgün qərar qəbul etməyə üstünlük verəcək ki, yanlışlığa uğrayıb ziyana düşməsin.
Son xəbərlər