Dünya futbolu
Ueyn Runi Harri Keyn haqda söhbət açdı

25.09.2025 | 20:00
İngiltərə yığmasının keçmiş hücumçusu Ueyn Runi həmkarı və həmvətəni, “Bayern”in 32 yaşlı ingilis ulduz hücumçusu Harri Keyn haqda söhbət açıb.
Sports.az keçmiş futbolçunun müvafiq fikrini təqdim edir:
“Klublararası dünya çempionatında “Bayern”in oyunlarına baxırdım, Harri Françesko Tottiyə oxşayırdı: Keyn cərimə meydançasına qaçır, müafiəçilər isə arxada qalırlar, sıçrayışlarla oynamır, mövqe seçməklə fürsət düşdükdə qollar vurur. Mənin üçün o, İngiltərə yığmasının tarixində ən yaxşı “doqquzluq”dur”, deyə Runi vurğulayıb.
Son xəbərlər