Dünya futbolu
Xulian Alvares Lionel Messinin uğurunu təkrarladı

25.09.2025 | 17:20
İspaniyanın "Atletiko" klubunun futbolçusu Xulian Alvares La Liqada Lionel Messidən sonra bir matçda 3 və ya daha çox qol vuran ikinci argentinalı futbolçu olub.
Sports.az xəbər verir ki, hücumçu buna "Rayo Valyekano"ya qalib gəldikləri VI turun matçında imza atıb.
Forvard qarşılaşmada het-triklə yadda qalıb. Alvares Messi və Valentin Kastelanosdan sonra bunu bacaran üçüncü argentinalı oyunçudur.
Messi 2020-ci ildə "Barselona"da çıxış edərkən "Eybar"la görüşdə 4 qola imza atıb. Kastelanos isə "Jirona"nın heyətində "Real"ın qapısından dörd top keçirib.
"Atletiko" "Rayo Valyekano"ya 3:2 hesabı ilə qalib gəlib.
Son xəbərlər