Dünya futbolu
Kyeza “Sauthempton” üzərində qələbəni şərh etdi

25.09.2025 | 19:15
“Liverpul”un cinah hücumçusu Federiko Kyeza İngiltərə Liqa Kuboku çərçivəsində “Enfild”də “Sauthempton” üzərində 2:1 hesablı qələbəni şərh etdi.
Sports.az italyan futbolçunun müvafiq açıqlamasını təqdim edir:
“Oyun xoşuma gəldi. “Liverpul” üçün “Enfild”də oynamağı həmişə sevirəm. Amma deməliyəm ki, komandamız elə də yaxşı oynamadı. Ancaq yekunda qalib gəldik, elə, istədiyimiz də bu idi”, deyə Kyeza vurğulayıb.
Xatırladaq ki, Kyeza bu oyunda “qırmızılar”ın qələbəsinə məhsuldar ötürmə ilə töhfəsini verib.
Son xəbərlər