Dünya futbolu
DÇ-2026-nın final matçının biletlərinin qiyməti açıqlandı

02.10.2025 | 17:00
Futbol üzrə 2026-cı ildə keçiriləcək dünya çempionatının final matçının biletlərinin qiyməti açıqlanıb.
Sports.az xəbər verir ki, Nyu-Cersi ştatının Şərqi Ruterford şəhərindəki "Metlayf" stadionunda baş tutacaq görüşün ən ucuz biletinin qiyməti 2030 dollardır.
Bu, 4-cü kateqoriyaya aid biletdir. Üçüncü kateqoriya biletlərin qiyməti 2790 dollar, ikinci kateqoriya biletlərin qiyməti 4210 dollar, birinci kateqoriya biletlərin qiyməti isə 6370 dollara bərabərdir.
Mexiko şəhərində keçiriləcək açılış oyununa biletlər 370-1825 dollar aralığında dəyişir.
Qeyd edək ki, DÇ-2026-ya ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək. 48 komandanın mübarizə aparacağı mundial iyunun 11-dən iyulun 19-dək davam edəcək.
Son xəbərlər