Dünya futbolu
Poqba Fransa yığmasına qayıda bilərmi?

02.10.2025 | 22:15
Fransa yığmasının baş məşqçisi Didye Deşam, dopinq istifadəsi ilə bağlı cəza çəkərək, xeyli müddət futboldan uzaq düşmüş yarımmüdafiəçi Pol Poqbanın “xoruzlar”ın heyətinə qayıdışı ehtimalı ilə bağlı sualı cavablayıb.
Sports.az fransız mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Şübhə etmirəm ki, o, bunu istəyir və bu, onun məqsədidir. İlk addımı – “Monako”nun köynəyini geyib meydana çıxmaqdır. Ümidvaram, onun üçün hər şey uğurlu alınacaq. Sonra isə baxarıq”, deyə Deşam vurğulayıb.
Son xəbərlər