Dünya futbolu
Mourinyo “Real”ın hücumçusunu “Benfika”da görmək istəyir

02.10.2025 | 23:20
“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Real”ın 26 yaşlı mərakeşli sağ cinah hücumçusu Braim Diası “qartallar”ın düşərgəsində görmək istəyir.
Sports.az xəbər verir ki, “Mour” futbolçunun “qaymaqlılar”ın düşərgəsində düşdüyü vəziyyəti “Benfika”nın xeyrinə çevirmək niyyətindədir.
Belə ki, Dias “Real”ın heyətində meydanda az oyun vaxtı almasından narazıdır, Mourinyo isə futbolçuya müvafiq imkanı “Benfika”da təmin edə bilər.
Son xəbərlər