Dünya futbolu
Türkiyə klubu baş məşqçisi ilə vidalaşdı

07.10.2025 | 18:40
Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Sports.az xəbər verir ki, “Kayserispor” Markus Gisdolla yollarını ayırıb. Bu barədə klubun prezidenti Nurettin Açıkalın məlumat verib.
Almaniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Gisdol mövsümün əvvəlində “Kayserispor”un baş məşqçisi təyin olunmuşdu.
“Sarı-qırmızılar” Super Liqada 8 turdan sonra 5 xal toplayıb və turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
Son xəbərlər