Dünya futbolu
“Mançester Yunayted”in hücumçusu “Everton”a keçə bilər

08.10.2025 | 18:00
“Everton” “Mançester Yunayted”in 24 yaşlı niderlandlı mərkəz hücumçusu Coşua Zirkzenin xidmətində maraqlıdır.
Sports.az xəbər verir ki, Zirkze portuqal mütəxəssis Ruben Amorimin rəhbərlik etdiyi “qırmızı şeytanlar”ın məşqçilər qərargahının etimadını itirib.
Futbolçuya “Vest Hem”in də qiyabi marağı olduğu vurğulanır.
Son xəbərlər