Dünya futbolu
Terziç “Monako”nu çalışdırmayacaq

08.10.2025 | 22:20
Daha əvvəl “Monako”nun sükanı arxasına namizəd qəbul edilən alman-xorvat mütəxəssis Edin Terziç Knyazlıq komandasını çalışdırmayacaq.
Sports.az xəbər verir ki, klubla mütəxəssis arasındakı danışıqlar başa çatıb.
Vurğulanır ki, məsələdə Terziçin mövqeyi əsas olub, mütəxəssis “Monako”nu çalışdırmaqda maraqlı olmadığını vurğulayıb.
Hazırda “Monako” rəhbərliyi komandanın sükanı arxasında avstriyalı mütəxəssis Adolf “Adi” Hütteri əvəzləmək üçün digər seçimləri araşdırır.
Son xəbərlər