Dünya futbolu
DÇ-2026-ya növbəti vəsiqənin sahibi müəyyənləşdi

08.10.2025 | 23:40
DÇ-2026-nın seçmə mərhələsinin 9-cu turunda Misir millisi Cibutini 3:0 hesabı ilə məğlub edib.
Sports.az xəbər verir ki, bu qələbə ilə Misir A qrupunda liderliyini təmin edərək mundiala vəsiqə qazanıb.
Misirdən əvvəl Afrikadan DÇ-2026-nın final mərhələsinə vəsiqəni Mərakeş və Tunis də qazanmışdı.
2026-cı il dünya çempionatında ümumilikdə 48 milli komanda iştirak edəcək və onlar dörd komandalı 12 qrupa bölünəcək.
Son xəbərlər