Dünya futbolu
PSJ “Barselona”nın ulduzuna görə nəhəng ödəniş etməyə hazırdır

09.10.2025 | 10:30
PSJ “Barselona”nın 18 yaşlı ispaniyalı ulduzu, sağ cinah hücumçusu Lamin Yamal müqabilində Kataloniya klubuna nəhəng məbləğdə ödəniş etməyə hazırdır.
Sports.az xəbər verir ki, söhbət 230 milyon avro məbləğdən gedir.
Keçid gerçəkləşərsə, bu, dünya futbol tarixinin ən bahalı keçidi olacaq.
Xatırladaq ki, hazırda ən bahalı keçid, braziliyalı ulduz hücumçu Neymarın “Barselona”dan PSJ-yə keçididir – 222 milyon avro məbləğ.
Son xəbərlər